Daha bir tennisçimiz erməniyə qalib gəldi - YENİLƏNİB 

Daha bir tennisçimiz erməniyə qalib gəldi - YENİLƏNİB 

Hazırda oxunan: Daha bir tennisçimiz erməniyə qalib gəldi - YENİLƏNİB 

94634

Daha bir yeniyetmə stolüstü tennisçimiz Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Wtt Youth Contender Tbilisi” turnirində 1/8 finala yüksəlib.  

Azərbaycan Tenis Federasiyadan Bizim.Media-ya verilən məlumata görə, Onur Quluzadə qazaxıstanlı Əli Onov, Birləşmiş Ərəb Əmirliklərindən olan Yusef Alhavai və Ermənistan təmsilçisi Mikayel Melkonyanı məğlub edərək mərhələ adlayıb.

16.53***

Gürcüstanın paytaxtı Tbilisidə “Wtt Youth Contender Tbilisi” turnirinə start verilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, yeniyetmələrdən ibarət Azərbaycan millisi turnirdə həm oğlanların, həm də qızların mübarizəsində təmsil olunur.

Əvvəlcə oğlanların yarışı başlayıb.

17 yaşadək idmançıların mübarizəsinə qatılan Adil Əhmədzadə qrup mərhələsində iranlı Nima Nagavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyanı məğlub edərək növbəti mərhələyə adlayıb.

Onun 1/8 finaldakı rəqibi İran idmançısı Seyedsina Horeyşian olacaq. 
 
Sentyabrın 21-dək davam edəcək yarışda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə də bacarığını göstərəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO