Azərbaycana xaricdən cəlb edilən sərmayələrin məbləği AÇIQLANDI

Azərbaycana xaricdən cəlb edilən sərmayələrin məbləği AÇIQLANDI

Hazırda oxunan: Azərbaycana xaricdən cəlb edilən sərmayələrin məbləği AÇIQLANDI

94559

Birbaşa xarici investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 3,2 milyard dollar olub.

Bizim.Media Mərkəzi Banka istinadən xəbər verir ki, ölkə iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 65,9 faiz təşkil edib.

2022-ci ilin 6 ayı üzrə tədiyə balansında birbaşa xarici investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-3 milyard 122,4 milyon dollar) azalması neft-qaz sektoru üzrə cəlb olunmuş investisiya ilə (2 milyard 122,9 milyon dollar) həmin sektor üzrə kapitalın repatriasiyası (5 milyard 245,3 milyon dollar əsasən beynəlxalq neft-qaz konsorsiumların payına düşən xam neft və təbii qaz şəklində olan kapital repatriasiyası) arasındakı fərqdən formalaşır.

Qiymətləndirmələrə görə qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 2,4 dəfə artaraq 1 milyard 97,7 milyon dollar olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO