“Bir çox beynəlxalq təşkilatın Ermənistanı işğalçı elan etdiyi bu 28 illik müddətdə heç bir addım atmayan, tükünü tərpətməyən Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ-ın Nümayəndələr Palatası spikerinin Azərbaycanın torpaqlarının işğaldan azad etməsindən sonra Ermənistana səfər etməsi bölgədə barışa, eləcə də dünyada barışa faydalı olmayacaq və mən bunu xoş niyyətli bir davranış kimi görmürəm”.
Bizim.Media "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə parlamentinin sədri Mustafa Şentop bildirib.
Şentop Nensi Pelosinin bu yaxınlarda Tayvana mübahisəli səfərinin baş tutduğunu da xatırladıb.
Bir ölkənin Məclis sədrinin başqa bir ölkəni ziyarətinin normal olduğunu diqqətə çatdıran Şentop bu səfərin son zamanlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesi çərçivəsində “təhrikedici və böhranı dərinləşdirən potensiala sahib olduğunu” vurğulayıb.
“Biz də Azərbaycan Milli Məclisinin sədri ilə danışdıq. Uyğun olacağı təqdirdə Azərbaycana bir ziyarət həyata keçirə biləcəyimizi ifadə etdik. Azərbaycan Milli Məclisinin sədri Britaniyaya getməli idi. Biz bu prosesdə Azərbaycanın yanında olduğumuzu hər zaman bəyan etdik.
Bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcəyik”, - Şentop əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:45 / 19.09.2022
“Pelosinin Ermənistana səfəri xoş niyyətli deyil” – Şentop
Hazırda oxunan: “Pelosinin Ermənistana səfəri xoş niyyətli deyil” – Şentop
Hazırda oxunan: “Pelosinin Ermənistana səfəri xoş niyyətli deyil” – Şentop
94519
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.