Dünyada koronavirusa yoluxanların sayı 612 milyona yaxınlaşdı

Dünyada koronavirusa yoluxanların sayı 612 milyona yaxınlaşdı

Hazırda oxunan: Dünyada koronavirusa yoluxanların sayı 612 milyona yaxınlaşdı

94424

Dünyada koronavirusa yoluxanların sayı 611 milyon 702 min 686 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

Virusun yayıldığı gündən indiyədək 6 milyon 525 min 786 nəfər COVID-19-dan dünyasını dəyişib.

30 milyondan çox yoluxma olan ölkələr arasında ABŞ, Hindistan, Braziliya, Fransa və Almaniya var.

“Worldometers” portalının məlumatına görə, bazar günü səhərə qədər planetdə hər 1 milyon nəfərə düşən ölüm göstəricisi 837,2 təşkil edib.

ABŞ-da hər 1 milyon əhaliyə 3222, Hindistanda 376, Braziliyada 3183, Fransada 2358, Almaniyada 1775 nəfər ölüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO