“Pelosi bizə torpaq qaytarmayacaq” - Erməni teleaparıcı

“Pelosi bizə torpaq qaytarmayacaq” - Erməni teleaparıcı

Hazırda oxunan: “Pelosi bizə torpaq qaytarmayacaq” - Erməni teleaparıcı

94414

“Biz bir həftə ərzində demək olar ki, 60 km ərazimizi (o torpaqlar Azərbaycana məxsusdur) itirmişik, əvəzində isə Pelosinin səfərini müzakirə edirik. Uşaq eyforiyası içində unuduruq ki, İşxanasarın strateji yüksəkliyi artıq bizə aid deyil və düşmən Cermukdan iki kilometr aralıdadır. Onları Pelosi çıxarmayacaq. Amerikalı 2 gündən sonra gedəcək, düşmən isə bizim ərazimizdə (iki ölkə sərhədində hələ demarkasiya aparılmayıb) öz mövqelərində qalacaq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Teıegram kanalında erməni teleaparıcı Lika Tumanyan yazıb.

MÖVZU İLƏ BAĞLI:

Pelosidən Ermənistan səfəri ilə bağlı ilk AÇIQLAMA


“Amerikalı siyasətçinin səfəri fonunda ərazi itkiləri arxa plana keçdi, heç kim “800 hektar” haqda danışmır, dövlət çevrilişi üçün hərbi hissəni ələ keçirmir. 2-ci Qarabağ savaşındakı 5000 itkinin fonunda indi ölənlərin sayı az  görünür və  o qədər də böyük hesab edilmir.

Nəticədə bu, əhalidə  dərin hüzn yaratmır. İndi bütün günahlarda Rusiya və ya ABŞ-ı ittiham edirik.

Keçən il Nikol Paşinyanın ordunun İşxanasara qarşı fəaliyyətsizliyinə necə haqq qazandırdığı isə tamamilə unudulub:

“Yaxşı, bütün il boyu qar yağan hansısa hündürlükdə niyə döyüşmək lazımdır...”.

Məlum oldu ki, bu hündürlükdə döyüşmək vacibdir. Bu il onlar artıq Cermuka yaxınlaşdılar. Çox təəssüf ki, biz “Arsax” (Qarabağdakı qondarma rejim) kimi bütün strateji ərazilərimizi itirmişik. O, bizə yük deyildi, qalxan idi.

Rusiyanın Telegram kanallarında Pelasinin səfəri haqda belə yazırlar:

“Ermənilər hər şeydə Moskvanı günahlandırmaqdansa, öz ölkələrində asayişi bərpa etməlidirlər”.

Dövlətin başında amerikapərəst təlxək Paşinyan dayanır, ona mənasız fiqur olan “prezident” dəstək verir.

Müharibədən sonra biz İrəvanda hökumətin istefası tələbi ilə mitinq keçirəndə siz Moskvadan bizə dediniz: “Revanşistlər, maydanlılar Paşinyana toxunmayın, o, çox müdrik və konstruktiv hökmdardır, cəsarətli insandır, vətənpərvərdir, biz onu dəstəkləyirik.

Məlum oldu ki, o, müdrik deyil”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO