ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfərindən sonra ilk açıqlamalarını verib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yer alıb.
Onun sözlərinə görə, İrəvana ABŞ-ın "Ermənistanda təhlükəsizlik, iqtisadi rifah və demokratik idarəçilik" öhdəliyini xatırlatmaq üçün gəlib.
O, həmçinin vurğulayıb ki, Ermənistanın siyasi liderləri, vətəndaş cəmiyyəti və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşlərdə Birləşmiş Ştatların münaqişənin yekun həllinə davamlı dəstəyindən söz açılıb.
Nümayəndələr Palatasının sədri bildirib ki, ABŞ prezidenti Co Bayden 24 aprel çıxışında “erməni soyqırımı” (qondarma) ifadəsini işlədib.
Xatırladaq ki, Pelosi 1991-ci ildən Ermənistana gələn ən yüksək rütbəli məmur olub. Səfər Ermənistan-Azərbaycan sərhədindəki münaqişənin növbəti dəfə kəskinləşməsi fonunda baş tutub.
Ekspertlər qeyd edirlər ki, Vaşinqton Cənubi Qafqazda dominantlığının zəiflədiyini hiss etdiyi üçün belə səfər planlaşdırıb.
Demokrat konqresmen Eliss Slotkin isə bəyan edib ki, Nensi Pelosi ABŞ parlamentinə qarşıdan gələn aralıq seçkilərdə Demokratlar Partiyasının nəticələrindən asılı olmayaraq vəzifəsini tərk etməlidir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:10 / 18.09.2022
Pelosidən Ermənistan səfəri ilə bağlı ilk AÇIQLAMA
Hazırda oxunan: Pelosidən Ermənistan səfəri ilə bağlı ilk AÇIQLAMA
Hazırda oxunan: Pelosidən Ermənistan səfəri ilə bağlı ilk AÇIQLAMA
94407
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.