Ukraynada məktəb direktorundan İlham Əliyevə TƏŞƏKKÜR MƏKTUBU

Ukraynada məktəb direktorundan İlham Əliyevə TƏŞƏKKÜR MƏKTUBU

Hazırda oxunan: Ukraynada məktəb direktorundan İlham Əliyevə TƏŞƏKKÜR MƏKTUBU

94348

Ukraynanın İrpen şəhərindəki akademik Zərifə Əliyeva adına 12 nömrəli tam orta məktəbin direktoru, Ukraynanın Əməkdar müəllimi, “Dostluq” ordeni laureatı Valentina Antonenko Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür məktəbu göndərib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.


İcazə verin, Sizə səmimi salamlarımı və dərin ehtiramımı ifadə edim. Xeyirxahlığınıza görə Sizə ürəkdən təşəkkür edirəm.

Məlum olduğu kimi, akademik Zərifə xanım Əliyevanın adını daşıyan məktəbimizə Ukraynadakı hərbi əməliyyatlar zamanı ciddi ziyan dəymişdi. Sizin göstərişinizlə “SOCAR Energy Ukrayna” şirkəti məktəbimizi yeni tədris ilinədək yüksək səviyyədə təmir etdirib. Məhz Sizin sayənizdə şagirdlərimiz təhsillərini gözəl təmir olunmuş sinif otaqlarında davam etdirəcəklər. Böyük sevinc hissi keçirən şagirdlərimizin Sizə və ailənizə dualarını, xoş arzularını çatdırmaqdan məmnunam.

Möhtərəm cənab Prezident, məktəbimizin Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonundakı akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbi ilə dostluq əlaqələri var. Fürsətdən istifadə edərək Zərifə xanım Əliyevanın xatirəsinə dərin ehtiramımı bildirirəm.

Cənab Prezident, biz Sizi müdrik dövlət xadimi, doğma xalqına dərindən bağlı bir şəxsiyyət kimi tanıyırıq. Sizə hər zaman böyük qələbələr, möhkəm cansağlığı, rifah arzulayırıq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO