"Qarabağ"ın rəqibi futbolçusunu İCARƏYƏ VERDİ

Hazırda oxunan: "Qarabağ"ın rəqibi futbolçusunu İCARƏYƏ VERDİ

94345

"Qarabağ"ın Avropa Liqasının G qrupundakı rəqiblərindən "Nant" (Fransa) klubu futbolçusu Bric Ndilunu icarəyə verib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

22 yaşlı hücumçu karyerasını "Şole"də (Fransa) davam etdirəcək. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, Ndilu 2019-cu ildən "Nant"ın futbolçusudur. 

Xatırladaq ki, "Qarabağ" qrup mərhələsinin 2-ci turunda Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub edib. Komandalar arasında 5-ci tur oyunu oktyabrın 27-də Fransada olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO