Şəhid ailəsinin evini 4 nəfərə satan MTK rəhbəri TUTULDU – FOTO  

Şəhid ailəsinin evini 4 nəfərə satan MTK rəhbəri TUTULDU – FOTO  

Hazırda oxunan: Şəhid ailəsinin evini 4 nəfərə satan MTK rəhbəri TUTULDU – FOTO  

94311

Bakıda 14 mərtəbəli binada külli miqdarda pul verib, mənzil alan şəhid ailəsinin evi daha 4 nəfərə satılıb. Şəhid ailəsinin indi nə pulu qaytarılır, nə də onlar mənzillərinə sahiblənə bilirlər.

Söhbət Ayna Sultanova heykəlinin yaxınlığında ''Təbriz'' MTK-nın inşa etdiyi 14 mərtəbəli binadan gedir. Məlumata görə paytaxtın Nərimanov rayonunda yerləşən ''Təbriz'' MTK-nın sədri Nofəl Hacıyev 14 mərtəbəli binada olan eyni mənzilləri ayrı-ayrı şəxslərə satıb və yoxa çıxıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə Bizim.Media-nın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

O bildirib ki, “Təbriz” Mənzil-Tikinti Kooperativinin həmtəsisçisi, eləcə də faktiki rəhbəri Hacıyev Nofəl Əhməd oğlu tərəfindən Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, 57 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasındakı mənzillərdən bəzilərinin iki şəxsə satılması faktları ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Nofəl Hacıyev CM-nin 178.4, 308.2, 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO