Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Ermənistanda Türkiyə istehsalı olan məhsulların ölkəyə gətirilməsini qadağan edən layihə hazırlanması məsələsinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, TBMM sədri Gəncədə jurnalistlərə açıqlamasında bunun Türkiyə üçün hər hansı əhəmiyyət kəsb etmədiyini bildirib.
“Belə bir layihənin hazırlanması sadəcə lətifə mövzusu ola bilər”, - deyə TBMM sədri vurğulayıb.
Xatırladaq ki, Ermənistan hökuməti Türkiyə istehsalı olan məhsulların ölkəyə gətirilməsini qadağan etmək istəyir və bununla bağlı layihə hazırlayir. Ermənistan əhalisi arasında da Türkiyə istehsalı olan məhsulların baykot edilməsi ilə bağlı çağırışlar olub.
Bizim Media