Putinin Səmərqənd AÇIQLAMALARI – “Sərhəd toqquşmaları Rusiyanın köməyilə lokallaşdırlıb”

Putinin Səmərqənd AÇIQLAMALARI – “Sərhəd toqquşmaları Rusiyanın köməyilə lokallaşdırlıb”

Hazırda oxunan: Putinin Səmərqənd AÇIQLAMALARI – “Sərhəd toqquşmaları Rusiyanın köməyilə lokallaşdırlıb”

94294

Xəbər verdiyimiz kimi, sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərin Şanxay Əməkdaşlıq Təşkilatının sammiti baş tutub.

Bizim.Media xəbər verir ki, sammitdə iştirak edən Rusiya Prezidenti Vladimir Putin çıxışı zamanı, Ukrayna müharibəsi, Ermənistanın sərhəd təxribatları kimi məsələlərlə bağlı fikirlərini bölüşüb.

Putinin səsləndirdiyi fikirlərdən bir qismini təqdim edirik:

- Ukraynada xüsusi əməliyyatın keçirilməsi planı korrektə olunmur. Əsas məqsəd Donbasın tam azad edilməsidir.

- Ukraynanın hərəkətlərinə təmkinli reaksiya Rusiya Silahlı Qüvvələrinin Ukrayna Silahlı Qüvvələrinin obyektlərinə endirdiyi zərbələrlə bağlıdır. Vəziyyət bu şəkildə inkişaf etməyə davam edərsə, cavabımız daha ciddi olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Putin: “Ukrayna torpaqları çoxdan amerikalılara satılıb” – VİDEO  


- Rusiya Federasiyası Zaporojye AES ətrafında neqativ halların qarşısını almaq üçün hər şeyi edəcək.

- Zelenski Rusiya ilə danışıqlara hazır olmadığını dediyi üçün, buna ehtiyac yoxdur. 

- Ukrayna taxılının dünya bazarına çıxarılması ilə bağlı razılaşmanın əldə olunmasına baxmayaraq, Ukrayna taxılının yalnız 4,5%-i ən kasıb ölkələrə gedib. 

- Rusiya taxıl ixracını təşkil etmək üzrə öhdəliklərini tam yerinə yetirir.

- Rusiya gübrələrinin yalnız Avropa ölkələrinə ixracına qoyulan qadağa Aİ-nin çirkin qərarıdır. 

- Ukraynadan ixrac edilən taxılın böyük hissəsi orada torpaq sahəsi olan Amerika şirkətlərinə məxsusdur.

- Ermənistanla Azərbaycan arasında insidentin lokallaşdırılması əsasən Rusiyanın köməyi ilə mümkün olub.

- Qərbin bəzi rus siyasətçilərinin övladlarına qarşı tətbiq etdiyi sanksiyalar hədsizdir və şizofreniya həddindədir.

- Çin lideri Si Cinpinlə dünyada baş verən böhran mövzularını müsbət ab-havada müzakirə etmişik.

- G20 sammitində şəxsən iştirak edib-etməyəcəyim barədə qərar verməmişəm, lakin Rusiya orada mütləq təmsil olunacaq.

- Avropada enerji böhranı ilə bağlı Rusiya Federasiyasının ünvanına irəli sürülən ittihamlar günahı “ağrıyan başdan sağlam başın üzərinə atmaq” cəhdidir.

- “Şimal Axını” boru kəmərinin turbinlərini sıradan çıxaran Rusiya deyil, onları təmir etmək lazımdır.

- Avropa İttifaqını “Şimal axını 2” ilə bağlı sanksiyaları ləğv etməyə çağırıq. 

- Qazprom və Rusiya Federasiyası müqavilələr çərçivəsində qaz tədarükü ilə bağlı bütün öhdəliklərini nasazlıq olmadan yerinə yetirib və bunu etməkdə davam edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO