Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan 5 hərbçimiz müxtəlif vaxtlarda AFFA tərəfindən təşkil olunan liqaların və turnirlərin iştirakçısı olub.
Bizim.Media xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bunlar Qədim Xəlilov, Elvin Abdullayev, İbrahim Həsənov, Nicat Qarazadə və Elmir Hüseynovdur.
Xatırladaq ki, sentyabrın 13-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatlar törədilib. Təxribatlar zamanı 77 hərbçimiz şəhid olub.
Allah rəhmət eləsin!
Bizim.Media