İlham Əliyev: “Biz Qafqazda vəziyyətin sabitliyi üçün nə lazımdırsa edəcəyik”

İlham Əliyev: “Biz Qafqazda vəziyyətin sabitliyi üçün nə lazımdırsa edəcəyik”

Hazırda oxunan: İlham Əliyev: “Biz Qafqazda vəziyyətin sabitliyi üçün nə lazımdırsa edəcəyik”

94250

"Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sənədlərə sadiqdir və biz Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcəyik".

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Səmərqənddə Rusiya Prezidenti Vladimir Putin görüşü zamanı söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevlə Putin arasında görüş: Sərhəddəki gərginlik MÜZAKİRƏ EDİLDİ - VİDEO


Ermənistan-Azərbaycan sərhədi zonasında vəziyyətin kəskinləşməsinə, eskalasiyaya operativ reaksiya verdiyinə görə Rusiya Prezidentinə təşəkkürünü bildirən dövlətimizin başçısı qeyd edib: 

“Biz Rusiyanın bu istiqamətdə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat kommunikasiyalarına dair üçtərəfli komissiya çərçivəsində, delimitasiya prosesi çərçivəsində səylərini, habelə sülh sazişinə dair danışıqlara başlamaq planlarını alqışlayırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO