Şəhid Rəşad Qənbərli doğulduğu kənddə DƏFN EDİLDİ - FOTO

Şəhid Rəşad Qənbərli doğulduğu kənddə DƏFN EDİLDİ - FOTO

Hazırda oxunan: Şəhid Rəşad Qənbərli doğulduğu kənddə DƏFN EDİLDİ - FOTO

94237

Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi, Cəlilabad rayon sakini Qənbərli Rəşad Əlizamin oğlu dəfn olunub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki,  şəhidlə əvvəlcə Cəlilabad rayonunun Uzuntəpə kəndində vida mərasimi keçirilib. 

Daha sonra şəhid Uzuntəpə kənd qəbirstanlığında torpağa tapşırılıb. 

Dəfn mərasimində rayon rəsmiləri, şəhidin yaxınları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, şəhid R.Qənbərli 1996-ci ildə Cəlilabad rayonunda anadan olub.

Elşən Feyzullayev, Bizim.Media - Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO