Bakıda qanunsuz olaraq 8 ağac kəsildi - ARAŞDIRMA BAŞLADI

Bakıda qanunsuz olaraq 8 ağac kəsildi - ARAŞDIRMA BAŞLADI

Hazırda oxunan: Bakıda qanunsuz olaraq 8 ağac kəsildi - ARAŞDIRMA BAŞLADI

94229

Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 26 və 26A nömrəli yaşayış binalarının yaxınlığında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Bizim.Media xəbər verir ki, Xidmət rəsmisi Vaqif Cavadov araşdırma zamanı sözügedən ünvanda müxtəlifcinsli 8 ağacın qanunsuz kəsildiyi və təbiətə 3990 manat məbləğində ziyan dəydiyini deyib:

"Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

V.Cavadov onu da qeyd edib ki, kəsilən ağacların əvəzinə yeni ağacların əkilməsi və onlara aqrotexniki qulluq göstərilməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi Bələdiyyəsinə müraciət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO