Azərbaycan və Rumıniya XİN-ləri arasında SİYASİ MƏSLƏHƏTLƏŞMƏLƏR

Azərbaycan və Rumıniya XİN-ləri arasında SİYASİ MƏSLƏHƏTLƏŞMƏLƏR

Hazırda oxunan: Azərbaycan və Rumıniya XİN-ləri arasında SİYASİ MƏSLƏHƏTLƏŞMƏLƏR

94221

Bu gün Bakıda Azərbaycan  Xarici İşlər Nazirliyi (XİN) ilə Rumıniya Xarici İşlər Nazirliyi arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.

XİN-nin Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavinin Xələf Xələfov, qarşı tərəfdən isə Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Yulian Fota rəhbərlik ediblər.

Danışıqlar zamanı bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin yüksək səviyyədə qeyd edildiyi vurğulanıb.

Daha sonra strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərin hazırkı durumu nəzərdən keçirilib, müxtəlif istiqamətlərdə, o cümlədən enerji, logistika, nəqliyyat, kommunikasiya, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialdan istifadə etməyin vacibliyi vurğulanıb.

Ticarət-iqtisadi əlaqələrinin inkişafında müsbət dinamika müşahidə olunsa da, onun daha da inkişaf etdirilməsnin hər iki ölkənin maraqlarına uyğun olduğu qeyd edilib.

Dövlət katibi Y.Fota Rumıniyanın Azərbaycanla əməkdaşlığa və onunla əlaqələrinin daha da genişləndirilməsinə böyük önəm verdiyini vurğulayıb. O, ölkəsinin iqtisadi münasibətlərin, xüsusən də enerji sahəsində əməkdaşlığın inkişafına böyük maraq göstərdiyini bildirib.
Hazırkı beynəlxalq böhran şəraitində Azərbaycanın Avropa üçün vacib ölkə olduğu, Avropa və Asiya arasında enerji, logistika, kommunikasiya, ticarət sahələrində mühüm körpü olduğu qeyd olunub.

Hər iki tərəf dövlətlərin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı və suverenliyi prinsiplərinə daima sadiq olduqlarını qeyd ediblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb. Xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin vacibliyi və onun ikitərəfli münasibətlərin inkişafı üçün əhəmiyyəti qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO