“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava düşüb, 7 futbolçu diskvalifikasiya olunub

“Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava düşüb, 7 futbolçu diskvalifikasiya olunub

Hazırda oxunan: “Kəpəz” – “Qarabağ” oyununda kütləvi dava düşüb, 7 futbolçu diskvalifikasiya olunub

94215

AFFA-nın İntizam Komitəsi U-17 Liqasında yaşanan xoşagəlməz hadisənin günahkarları cəzalandırıb. 

Bizim.Media AFFA-ya istinadən xəbər verir ki, insident V turun “Kəpəz” – “Qarabağ” oyununda baş verib. 

Görüşün 86-cı dəqiqəsində bir qrup futbolçunun iştirakı ilə kütləvi dava baş verib.  
Nəticədə hakim 7 nəfərə - “Kəpəz”in qapıçısı Cəfər Abbasov, futbolçuları Ülvi Cabbarov, Hüseyn Hüseynov, Qaya Nəsibov, həmçinin “Qarabağ”ın oyunçuları Elton Babazadə, Kamil Sadiqov, Sabir Rzazadə qırmızı vərəqə verib. 

AFFA bu oyunçuların hamısını cəzaya layiq görüb. Hər oyunçu 6 matçlıq diskvalifikasiya edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO