Şəhid İsa Kəlbiyev Cəlilabadda torpağa tapşırılıb - FOTO 

Şəhid İsa Kəlbiyev Cəlilabadda torpağa tapşırılıb - FOTO 

Hazırda oxunan: Şəhid İsa Kəlbiyev Cəlilabadda torpağa tapşırılıb - FOTO 

94211

Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cəlilabad rayonu Göytəpə şəhər sakini, Kəlbiyev İsa Rəhim oğlu dəfn olunub.  

Bizim.Media-nın cənub bürosu xəbər verir ki, şəhidlə əvvəlcə rayonun Göytəpə şəhərində vida mərasimi keçirilib. Daha sonra şəhid Göytəpə qəbirstanlığında yaylım atəşi ilə torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəsmiləri, şəhidin yaxınları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, şəhid İ. Kəlbiyev 2002-ci ildə Cəlilabad rayonunda anadan olub. 

Xatırladaq ki, sentyabrın 13-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribatları zamanı 77 hərbçimiz şəhid olub. 

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO