“Bəzi aparıcı beynəlxalq təşkilatların fəaliyyətləri qeyri-səmərəli görünür”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Səmərqəndə keçirilən Sammitində çıxışı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Ermənistanın təxribatı iki ölkə arasında münasibətlərin normallaşmasına böyük zərbədir” – Prezident
Dövlət başçısı 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycan ərazisindən tam çıxarılmasını tələb edən BMT qətnamələrini nümunə göstərib.
Dövlət başçısı qeyd edib ki, BMT-nin bəzi qətnamələri bir neçə gün ərzində icra edildiyi halda, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələr 27 il icra olunmayıb.
Prezident onu da deyib ki, Azərbaycan Qarabağ münaqişəsini hərbi-siyasi metodlarla həll edib və qətnamələrin icrasını təmin edib.
Bizim.Media