Sabah 33 dərəcə isti olacaq

Sabah 33 dərəcə isti olacaq

Hazırda oxunan: Sabah 33 dərəcə isti olacaq

94144

Sentyabrın 17-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava olacaq.

Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 25-29° isti, Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. 

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz yüksək dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO