Ermənistanı təxribatlara aparan SƏBƏB – Rusiyanın bu işdə hansı rolu var?

Ermənistanı təxribatlara aparan SƏBƏB – Rusiyanın bu işdə hansı rolu var?

Hazırda oxunan: Ermənistanı təxribatlara aparan SƏBƏB – Rusiyanın bu işdə hansı rolu var?

94130

Bölgədə sülhün qorunması və eləcə də təhlükəsizliyin təmin olunması üzrə səylərin gücləndrildiyi bir vaxtda Ermənistan tərəfindən yeni təxribatların törədilməsi nəyə xidmət edir?
Onsuz da iqtisadi tənəzzül edən və çevik inteqrasiya alətlərindən məhrum İrəvan bununla vəziyyəti dəyişməkmi istəyirdi, yoxsa bu sifarişlə olanan təxribatlar idi? 

Əlbəttə indiki siyasi və iqtisadi potensialı ilə Ermənistan bölgədə heç bir vəziyyəti dəyişmək gücünə malik deyil. Onda qalır bir sual: - Təxribatların sifarişi kimdən gəlmişdi və məqsəd nədir? 

Bizim.Media bu suallara cavabı siyasi ekspert Amid Əliyevlə birlikdə axtarıb:
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağda da antiterror əməliyyatları icra edilə bilər” – Politoloqdan PROQNOZ


“Məsələnin bu cür qoyuluşu ilə “Ermənistan əlacsız günahkardır” fikrini yaratmaq lazım deyil. İrəvan və bütövlükdə ermənilər revanşist niyyətlərindən hələ tamamilə əl çəkməyiblər. İnanmıram ki, bir millət kimi onlar nə vaxtsa da bu iddiadan əl götürsünlər. Onlar bütün tarix boyu marığa yatan çaqqal kimidirlər, elə ki, kiminsə zəiflədiyini, aranın qarışdığını gördülər, yenidən “Böyük Ermənistan” iddialarına dönəcəklər. Bu məsələnin birinci və vacib tərəfidir”.
Siyasi ekspert son təxribatla bağlı vəziyyəti isə belə şərh edib:

“Son təxribatdan bir neçə saat sonra Fransanın aktiv fəaliyyətə keçməsi və Azərbaycanı günahlandırması eləcə də bir müddət öncə ABŞ rəsmilərinin Ermənistana səfəri onu deməyə əsas verir ki, bu təxribata Ermənistan planlı olaraq hazırlaşıb. Qərbin Ermənistanı bu proseslərə qəsdən sürükləməsi göz önündədir və bu da məsələnin ikinci tərəfidir”.

Amid Əliyev bildiririr ki, Qərbin niyə belə etməsi isə bu və digər formada Rusiya ilə bağlıdır:

“Qərb planetimizdə olan konfliklərdən birinin onun iştirakçılığı olmadan başa çatmasından narahatdır, bunu öz imici üçün ağır zərbə hesab edir. Bu məsələdə Rusiyanın açıq favoritliyi onu qısqandırır.

Rusiya ilə bağlı olan ikinci məsələ. Ermənistanla Azərbaycan arasında sülh yaranarsa, Rusiyanın dünya bazarlarına bu iki ölkə üzərindən çıxış əldə etməsi asanlaşacaq və Moskva bunu mənəvi cəhətddən də haqq etmiş olacaq. Bu da Qərbin Rusiyaya yönəlik sanksiyalarının xeyli zəifləməsinə gətirib çıxaracaq. 

Hələ mən Qərb üçün əks qütbdə əyləşmiş Çin və İranın, eləcə də türk və müsəlman dünyasının öndəri olan, Qərbin isə hər zman qısqanclıqla yanaşdığı Türkiyəni demirəm. 

Belə bir şəraitdə məsələ tam aydındır, Ermənistanın son təxribatlarının müəllifləri Qərbdə əyləşiblər və bundan sonra da müxtəlif təzyiqlərin olacağı gözlənilən ssenaridir”.

Ekspert sonda onu da qeyd edib ki, artıq Ermənistan rəsmi olaraq sülh gündəliyinin icrasından boyun qaçırır. Belə olan halda Azərbaycan tərəfi də rəsmi olaraq güc faktorundan istifadə etməli olacaq.
“Səmərqənddə Rusiya, Türkiyə və Azərbaycan dövlət başçıları arasında rəsmi görüşlər olub. Çox ehtimal ki, sərhəddəki son eskalasiya, Ermənistanın destruktiv mövqeyi və gələcəkdəki vəziyyəti müzakirə mövzusu olub. Çin dövlətinin də mövqeyi iki ölkə rəhbərinin görüşləri zaman bir daha ortaya qoyuldu. Artıq Azərbaycanın sülh gündəliyi və regionda təhlükəsizliyin təmin olunması üçün Ermənistan qarşı yeni təzyiq və məcburetmə metodlarından başqa yolu qalmır”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO