Yaşar Əliyev: \

Yaşar Əliyev: \"Ermənistanın ittihamlarını qəti şəkildə rədd edirik\"

Hazırda oxunan: Yaşar Əliyev: \"Ermənistanın ittihamlarını qəti şəkildə rədd edirik\"

94055

"Ermənistan nümayəndəsinin BMT-nin Təhlükəsizllik Şurasındakı bəyanatı ölkəsinin öz öhdəliklərindən həm ritorikada, həm də fəaliyyətdə qaçmaq cəhdlərini ört-basdır etmək məqsədi daşıyır".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT TŞ-nin iclasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Bakı İrəvanla sülh sazişinə hazırdır” - Azərbaycanın BMT-dəki daimi nümayəndəsi


“Biz Ermənistan nümayəndəsinin irəli sürdüyü ittihamları qəti şəkildə rədd edirik. Tamamilə uydurmalardan, təhriflər və aldatmalardan ibarət olan bu ittihamlar Ermənistanın öz beynəlxalq öhdəliklərini yerinə yetirməkdən, regionumuzda sülh, sabitlik və əməkdaşlığa təşviqdən nə qədər uzaq olduğunu nümayiş etdirir.

Azərbaycana qarşı təcavüz həyata keçirən, ölkəmin suveren ərazisini təxminən 30 il işğal altında saxlayan, geniş miqyasda etnik təmizləmə aparan və müharibə dövründə digər iyrənc cinayətlər törədən Ermənistan kimi bir ölkənin indi həvəslə özünün davamlı olaraq pozduğu norma və prinsiplərdən danışması və sonsuz toxunulmazlıq ümidi ilə qətnamələrini icra etməkdən imtina etdiyi BMT TŞ-yə müraciət etməsi ironikdir”, - Yaşar Əliyev vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO