Qəbələdə peyvənd olunan tibb işçilərinin sayı açıqlandı

Qəbələdə peyvənd olunan tibb işçilərinin sayı açıqlandı

Hazırda oxunan: Qəbələdə peyvənd olunan tibb işçilərinin sayı açıqlandı

9401

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Qəbələ rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir.

Rayon icra hakimiyyətindən Bizim.Media-ya bildirilib ki, əhalinin peyvəndlənməsi Qəbələdə ötən il istifadəyə verilən modul tipli xəstəxana kompleksində həyata keçirilir.

İlkin mərhələdə rayona 900 doza vaksin gətirilib. Vaksinasiya kampaniyasının ilk günlərində rayonda 450 tibb işçisinə peyvəndin birinci dozası vurulub və proses davam edir.

Peyvəndin ikinci dozası 21 gündən sonra vurulacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib.

Strategiyaya uyğun olaraq vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb edilən heyət peyvəndlənəcək.

Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO