Övladını torpağa tapşıran şəhid atası: “Öz arzusu ilə cəbhəyə getmişdi” – VİDEO   

Övladını torpağa tapşıran şəhid atası: “Öz arzusu ilə cəbhəyə getmişdi” – VİDEO   

Hazırda oxunan: Övladını torpağa tapşıran şəhid atası: “Öz arzusu ilə cəbhəyə getmişdi” – VİDEO   

93993

“Allah bütün şəhidlərimizə rəhmət etsin. Bugünkü şəhidimiz, mənim oğlum öz arzusu, həvəsi ilə cəbhəyə getmişdi”.  

Bunu Bizim.Media-ya açıqlamasında Ermənistanın sərhəddə törətdiyi təxribatlar nəticəsində şəhid olan Mirtalıb Ağazadənin atası Mirheydər Ağayev deyib.  

“Onun ən böyük arzusu vətəninə ürəklə, sadiq qulluq etmək idi. Hətta mənə isə tapşırığı bu oldu ki, əgər şəhid olsam, ağlama. Ağlasan, səndən küsərəm. Çünki mən Vətənim, millətim üçün gedirəm” – deyə şəhid atası qeyd edib.  

Xatırladaq ki, sentyabrın 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.   
Nəticədə Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Bu gün isə Müdafiə Nazirliyi daha 21 şəhidimizn adlarını açıqlayıb. Beləliklə, Ermənistanın son təxribatları zamanı şəhid olan hərbçilərimizin sayı 71-ə çatıb.   

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO