Müəllimlərin müddətli müqavilə ilə vakansiya seçimi BAŞLAYIR

Müəllimlərin müddətli müqavilə ilə vakansiya seçimi BAŞLAYIR

Hazırda oxunan: Müəllimlərin müddətli müqavilə ilə vakansiya seçimi BAŞLAYIR

93975

16 sentyabr saat 11:00-dan etibarən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimlərinə start verilir.

Təhsil İnstitutundan Bizim.Media-ya verilən xəbərə görə, vakansiya seçimi 19 sentyabr saat 11:00-dək davam edəcək.

Müddətli müqavilə ilə işə qəbul üçün vakansiya seçimi zamanı namizədlər dörd vakant yer seçə bilərlər.

Müsabiqənin hazırkı vakansiya seçimlərində iştirak etmək istəyən namizədlər yuxarıda qeyd olunan tarixədək şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.
Qeyd edək ki, vakansiya seçimlərində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO