Ermənistanın təxribatı nəticəsində daha 21 hərbçimiz şəhid olub - MN

Ermənistanın təxribatı nəticəsində daha 21 hərbçimiz şəhid olub - MN

Hazırda oxunan: Ermənistanın təxribatı nəticəsində daha 21 hərbçimiz şəhid olub - MN

93969

Ermənistanın təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub.

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, sentyabrın 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Müdafiə Nazirliyinin daha əvvəl açıqladığı məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub. Beləliklə, Ermənistanın son təxribatları zamanı şəhid olan hərbçilərimizin sayı 71-ə çatıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO