Azyaşlılara işgəncə verilən Reabilitasiya Mərkəzinin işçilərinin həbsi ilə bağlı YENİ XƏBƏR  

Azyaşlılara işgəncə verilən Reabilitasiya Mərkəzinin işçilərinin həbsi ilə bağlı YENİ XƏBƏR  

Hazırda oxunan: Azyaşlılara işgəncə verilən Reabilitasiya Mərkəzinin işçilərinin həbsi ilə bağlı YENİ XƏBƏR  

93964

Nizami rayonunda yerləşən “Mehnur” loqopedik Reabilitasiya Mərkəzində azyaşlılara işgəncə verilməsi faktı ilə bağlı istintaqa cəlb olunan mərkəzin direktoru Nuranə Hacızadə, psixoloq Aytac Kazımlı və direktor köməkçisi Səbinə Əliyarbəyli barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirindən zərərçəkmiş şəxs tərəfindən verilən şikayətə baxılıb. 

Bizim.Media apa.az-a istinadən xəbəbr verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, zərərçəkmiş şəxsin verdiyi şikayət təmin olunmayıb və Nizami rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. 

Xatırladaq ki, iş üzrə zərərçəkmiş kimi tanınan uşaqlardan birinin valideyni Elxan Muradov hər 3 şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin ləğvini və onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı apellyasiya şikayəti vermişdi. 

Qeyd edək ki, sosial şəbəkələrdə Nizami rayonunda yerləşən "Mehnur" loqopedik Reabilitasiya Mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.  

Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb və mərkəzin direktoru Nuranə Hacızadə, psixoloqu Aytac Kazımlı və direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli saxlanılıb.  

Saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3 və 133.2.4-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb. Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə istintaq orqanı tərəfindən təqdimatlara baxılıb.  
Hər 3 təqdimat təmin edilib və təqsirləndirilən şəxslər barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri və vəzifədən uzaqlaşdırma ilə bağlı qərarlar qəbul edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO