Ermənistanda SİYASİ XAOS: “Paşinyan qeyri-ciddi adamdır və onlara inanmaq olmaz” – Fərid Şəfiyev

Ermənistanda SİYASİ XAOS: “Paşinyan qeyri-ciddi adamdır və onlara inanmaq olmaz” – Fərid Şəfiyev

Hazırda oxunan: Ermənistanda SİYASİ XAOS: “Paşinyan qeyri-ciddi adamdır və onlara inanmaq olmaz” – Fərid Şəfiyev

93942

Ermənistanda maraqlı proseslər baş verir. 12 sentyabr hadisələrindən sonra Paşinyandan narazı qalan elektorat artır. Çünki, artıq Ermənistan açıq şəkildə regionda təklənir. Son olaydan sonra ABŞ, Rusiya və Fransadan gözlənilən dəstəyi ala bilməyən Ermənistan yeni şərtləri qəbullanmaq zorunda qalıb. 

Yada salaq ki, əvvəlki olaylarda Paşinyan ən azı gündə bir neçə dəfə Putinlə telefon əlaqəsi saxlayırdı. Amma son 3 gündə Putin cəmi bir dəfə Paşinyanın zənginə cavab verib. 

Kremlin susması və KTMT-nin loyal və başdansovdu münasibəti Ermənistan üçün ciddi xəbərdarlıqdır. Qərbin dəstəyi isə quru sözdən o yana keçmir. Fransa və ABŞ ən yaxşı haldı BMT-nin bu günkü toplantısında tərəfləri dialoqa çağıracaq. Vəssəlam. 

İndi rəsmi İrəvan taktikanı dəyişmək zorundadır. Son 30 ildə Ermənistan ilk dəfə rəsmi Bakı ilə birbaşa danışıqlara getmək istəyir. Halbuki, ötən illərdə Ermənistan liderləri Azərbaycanla danışıqları ATƏT Minsk qrupu üzərindən və yaxud hansısa üçüncü dövlətin vasitəçiliyi ilə aparmaq siyasəti yürüdürdü. Amma bu gün vəziyyət o qədər ciddiləşib və geridönüşü olmayan bir yola girib ki, rəsmi İrəvanın Azərbaycanın dediklərinə əməl etməkdən başqa çarəsi qalmayıb.
 

MÖVZU İLƏ BAĞLI:

İrəvanda etirazçılar parlamentə daxil olmağa çalışırlar - VİDEO


Nikol Paşinyanın dünən axşam səsləndirdiyi fikirlər də bunu sübut edir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bizim.Media-ya açıqlamasında Paşinyan 2018-ci ildən bəri bu cür papulist fikirlər səsləndirdiyini bildirdi: 

“Bu onun stilidir. Sabah, birisi gün də ayrı cür bəyanatlar verəcək. Bu əslində onu göstərir ki, Ermənistanın vahid siyasəti yoxdur. Ölkədə siyasi xaos hökm sürür. Paşinyanın ola bilsin ki istəyi var ki, Azərbaycanla sülh sazişi imzalasın, Azərbaycanın ərazi bütövlüyünü tanısın. Amma ermənilər o qədər şovinist və türklərə qarşı nifrət ruhunda böyüyüblər ki, onlar Azərbaycanla sülh istəmirlər. Paşinyanın bəyanatları da erməni ruhundan irəli gəlir. Gah deyir ki, “Azərbaycanla nəyin bahasına olursa-olsun sülh sazişini imzalayacam”. Gah da deyir ki, “mən heç bir sənədə imza atmayacam”. Elə Səmərqəndə getməməsi də onun qeyri-ciddiliyinin məhsuludur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO