Müdafiə Nazirliyindən yeni açıqlama:

Müdafiə Nazirliyindən yeni açıqlama: "Bu məlumatlar yalandır"

Hazırda oxunan: Müdafiə Nazirliyindən yeni açıqlama: "Bu məlumatlar yalandır"

93899

"Bəzi sosial şəbəkə hesablarında guya xeyli sayda yaralılarımızın mövcudluğu və onlara qan lazım olması ilə bağlı əsassız məlumatlar paylaşılır".

Bizim.Media xəbər verir ki, bu, Müdafiə Nazirliyinin yaydığı son açıqlamada qeyd edilib.

Bildirilib ki, Azərbaycan Ordusunda qan komponentləri ehtiyatları ilə bağlı heç bir problem yoxdur.

"Ehtiyac olarsa Ordumuzun qan və qan komponentlərinə olan tələbatı Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Qan Bankı bölməsi tərəfindən tam təmin ediləcəkdir. Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq", - deyə açıqlamada vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO