Azərbaycan Ermənistana humanitar atəşkəs TƏKLİF ETDİ

Azərbaycan Ermənistana humanitar atəşkəs TƏKLİF ETDİ

Hazırda oxunan: Azərbaycan Ermənistana humanitar atəşkəs TƏKLİF ETDİ

93874

Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib.

Bizim.Media Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan və Rusiya ikitərəfli əməkdaşlıq gündəliyinin humanitar və mədəniyyət sahələri üzrə fikir mübadiləsi aparıb, ikitərəfli və regional əsaslarda müvafiq tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan qəsdən hərbi əməliyyatların əhatə zonasını genişləndirməyə çalışır - MN 


Ceyhun Bayramov, həmçinin Ermənistanın təxribatları nəticəsində bölgədə yaranmış gərginlik barədə qarşı tərəfə məlumat verib. Azərbaycanın Ermənistana birtərəfli qaydada humanitar atəşkəs təklif etdiyi, vəziyyətin gərginləşməsinin və sabitliyin pozulmasının ölkəmizin marağında olmadığını diqqətə çatdırıb.

Xüsusi nümayəndə Mixail Şvıdkoy öz növbəsində toqquşmaların dayanacağına ümidvar olduğunu bildirib.
Humanitar və mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin inkişafına, etimad quruculuğu tədbirlərinə dəstək göstərməyə daim hazır olduğunu qeyd edib.

Görüş zamanı, digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO