Qazaxda 3 şəhid dəfn olunub 

Qazaxda 3 şəhid dəfn olunub 

Hazırda oxunan: Qazaxda 3 şəhid dəfn olunub 

93841

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Yunis Kazımov anadan olduğu Qazax rayonunun Kəmərli kəndində dəfn edilib. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, Yunis Kazımovun nəşi yaşadığı evə gətirilib. 

Şəhidlə yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra o, Kəmərli kənd qəbiristanlığında dəfn edilib. 

Dəfn mərasimində şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyəti iştirak edib. 

Qeyd edək ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı olan Yunis Kazımov Kəlbəcər istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olub. Şəhid baş leytenant Xocavənd, Qubadlı, Hadrut, Cəbrayıl və Şuşanın azad olunmasına görə medalları, "Azərbaycan Bayrağı" Ordeni ilə təltif olunub. 

Yunis Kazımov ailəli idi. 

Bu gün Qazax rayonunun Kəmərli kəndi daha bir şəhidini torpağa tapşırıb. Şəhid Azər Məmmədovun cənazəsi doğulduğu kəndə gətirilib. Onunla vida mərasimi doğulub boya başa çatdığı kənddə, bir ay öncə toyunun olduğu evdə keçirilib. 

Vida mərasimində şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, Qazax sakinləri, hərbçilər iştirak edib. O, daha sonra kənd qəbiristanlığında dəfn edilib. 

Qazaxın Daş Salahlı kəndində isə şəhid, 1994-cü il təvəllüdlü Azad Zakir oğlu Kərimovla vida mərasimi keçirilib. Mərasimdə şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, Qazax sakinləri və hüquq mühafizə orqanlarının əməkdaşları iştirak edib. Vida mərasimindən sonra şəhid kəndin Şəhidlər xiyabanında dəfn olunub. 

Qeyd edək ki, gizir Azər Kərimov ailəli olub, onun 1 və 3 yaşlarında iki oğlu var. 

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO