“Meşə yanğınları ilə bağlı xüsusi komissiya yaradılıb”.
Bizim.Media xəbər verir ki, bunu ETSN-in Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov deyib.
O bildirib ki, bu il ötən illərlə müqayisədə yanğın hadisələri daha geniş ərazilərdə olub, həm də say etibarilə daha çox baş verib:
“Bu il ilk olaraq meşə yanğınları ilə bağlı ETSN-in tərkibində komissiya yaradılıb. Həmin komissiyanın xüsusi iş proqramı tərtib edilib. Bu il meşələrin mühafizəsi üçün ilkin olaraq mineral zolaqların çəkilməsi, meşəətrafı ərazilərin müəyyən ölçüdə şumlanması işləri aparılır. Eyni zamanda, mümkün olan ərazilərdə yeni yollar çəkilib ki, yanğın hadisəsi baş verdiyi təqdirdə həmin ərazilərə avtomobillə müdaxilə etmək olsun”.
O əlavə edib ki, 2017-2022-ci illər ərzində ümumi meşə ərazilərində 176 yanğın hadisəsi baş verib:
“Yanğınlar təxminən 2200 hektar ərazini əhatə edib. Bu il isə ilkin hesablamalara görə, yanğının əhatə etdiyi ərazi 650 hektara qədərdir. Burda tamamilə məhv olmuş ərazilərin uçotunu aparırıq”.
Xalıqverdi Hüseynovun sözlərinə görə, ilk böyük yanğın hadisəsi Şabranda baş verib.
“Əsasən şimal regionu meşə yanğınlarına məruz qalıb. Quba rayonu ərazisində təxminən 300 hektara yaxın meşə ərazisində yanğınlar baş verib. Çox təəssüf ki, yanğınlar milli parkların ərazilərində də müşahidə edilib”,- o bildirib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:55 / 14.09.2022
Son 5 ildə baş vermiş meşə yanğınlarının sayı AÇIQLANDI
Hazırda oxunan: Son 5 ildə baş vermiş meşə yanğınlarının sayı AÇIQLANDI
Hazırda oxunan: Son 5 ildə baş vermiş meşə yanğınlarının sayı AÇIQLANDI
93833
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.