Yəhudi POLİTOLOQ: “Ermənistanı daha ağır fəlakətlər gözləyir” - ÖZƏL

Yəhudi POLİTOLOQ: “Ermənistanı daha ağır fəlakətlər gözləyir” - ÖZƏL

Hazırda oxunan: Yəhudi POLİTOLOQ: “Ermənistanı daha ağır fəlakətlər gözləyir” - ÖZƏL

93822

“Ermənistan-Azərbaycan sərhəddində son baş verən qarşıdurma göstərir ki, sülh çox da yaxında deyil. Ermənistanda isə Paşinyan əleyhinə mitinqlər səngimir. Bu ona görə baş verir ki, artıq erməni xalqı onu hakimiyyətdə görmək istəmir. Paşinyan isə sərhəddə bu cür təxribatlar törədərək, özünü xalqa qəhrəman kimi göstərmək fikirndədir. Bu cür qarşıdurmalarla sülhdən yayınmaq, ancaq zəif liderlərə xas olan əlamətdir. O, yenidən müharibə başladıb qalib gəlməyə ümid edirsə, ciddi şəkildə yanılır. Əgər geniş miqyaslı müharibə başlayarsa, Ermənistanı ağır fəlakətlər gözləyir”.

Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada İsraildə yaşayan politoloq Mixael Finkel söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

SEÇİM ANI - Paşinyan sabah Şanxay Sammitinə gələcəkmi?


Ekspert açıqlaması zamanı Paşinyanın son planını iflasa uğradacaq səbəbləri də sadalayıb:

“İlk öncə onu bilmək lazımdır ki, Azərbaycan ordusu texnoloji cəhətdən erməni ordusunu üstələyir. Paşinyan isə buna məhəl qoymayaraq yalançı vədlərə aldanır. Hazırda Azərbaycan ordusu müasir silahlarla, Ermənistan ordusu isə Rusiyanın köhnə silahları ilə silahlanıb. Digər bir məqam isə odur ki, ermənilər qəfil hücumlar etməklə Azərbaycan ordusunda təlaş yaradacaqlarına ümid edirlər.

Əksinə olaraq hərbi toqquşmalar zamanı Ermənistan canlı qüvvəsi və hərbi texnikası Azərbaycana daha çox əsir düşür.

Bu qarşıdurmada da ikinci Qarabağ müharibəsindəki kimi Azərbaycan qalib gələcək. Çünki azərbaycanlılar bilirlər ki, ermənilər onların torpaqlarını işğal edib və öz torpaqları üçün cəsarətlə döyüşürlər. Bu gün torpaqlarını işğaldan azad etməyə Azərbaycanın tam hüququ çatır”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO