Nadir Qafarzadə şəhid Səbuhi Əhmədovu yad etdi – VİDEO  

Nadir Qafarzadə şəhid Səbuhi Əhmədovu yad etdi – VİDEO  

Hazırda oxunan: Nadir Qafarzadə şəhid Səbuhi Əhmədovu yad etdi – VİDEO  

93807

Müğənni Nadir Qafarzadə Ermənistanın təxribatı nəticəsində şəhid olmuş əsgərlərimizin dəfn mərasiminə qatılıb.

Bizim.Media xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında izdihamla son mənzilə yola salınan şəhid Səbuhi Əhmədovun məzarını ziyarəti zamanı çəkilən görüntüləri paylaşıb.  

N.Qafarzadə S.Əhmədovun məzarına qərənfillər düzdüyü zaman “Onun gör nə qədər anası və qardaşı var” sözlərini deyib.  

Qeyd edək ki, Səbuhi Əhmədov SOS Uşaq Evində böyüyüb. Şəhid S.Əhmədov bu gün Bakıda II Fəxri Xiyabanda torpağa tapşırılıb.  

Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində sərhəddə toqquşmalar baş verib.
Müdafiə Nazirliyinin açıqladığı məlumata görə, hərbi toqquşmalarda Azərbaycan Ordusu 50 şəhid verib.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO