5 medallı şəhidimiz Azərbaycan çempionu olub - FOTO

5 medallı şəhidimiz Azərbaycan çempionu olub - FOTO

Hazırda oxunan: 5 medallı şəhidimiz Azərbaycan çempionu olub - FOTO

93711

Azərbaycan boksçusu Xəyal Əlövsət oğlu Əhədzadə düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə yüksəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Boks Federasiyasının rəsmi saytında məlumat verilib.

Bildirilib ki, Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi olan Xəyal Əhədzadə Xüsusi Təyinatı Qüvvələrdə gizir kimi çalışıb.

Məktəblilər arasında 40 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olan şəhid boksçu 1998-ci ildə Lənkəran rayonu Nərimanabad qəsəbəsində anadan olub.

II Qarabağ müharibəsində iştirak edən gizir Əhədzadə “Azərbaycan Bayrağı” ordeni, “Vətən müharibəsi iştirakçısı”, “Fizulinin azad olunmasına”, “Cəbrayılın azad olunmasına”, “Kəlbəcərin azad olunmasına” və “Şuşanın azad olunmasına” görə medalları ilə təltif edilib.
Azərbaycan Boks Federasiyası kollektivi şəhid boksçumuzun timsalında bütün şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO