Şəhid komando sabah Giləzidə dəfn ediləcək - FOTO

Şəhid komando sabah Giləzidə dəfn ediləcək - FOTO

Hazırda oxunan: Şəhid komando sabah Giləzidə dəfn ediləcək - FOTO

93655

Sentyabrın 13-də Ermənistanla sərhəddə hərbi toqquşma nəticəsində şəhid olan Saleh Qurbanov Xızı rayonunun Giləzi qəsəbəsində dəfn ediləcək.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 32 yaşlı şəhid kapitanın cənazəsi Xızıya bu gecə gətiriləcək.

Xızının icra başçısının müavini Arzu Əzizov bildirib ki, Saleh Qurbanovun ailəsi Giləzi qəsəbəsində yaşayır.

Qeyd edək ki, o, Müdafiə Nazirliyinin Komando hərbi hissəsinin tabor komandiri idi. Şəhid kapitanın özündən sonra yadigar bir övladı qalıb.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO