Maliyyə Nazirliyi Azərbaycanın Almaniyadakı Səfirliyi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edib.
Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Azərbaycanın Almaniyadakı Səfirliyinin 30 dekabr 2014-cü il tarixdən 01 oktyabr 2021-ci il tarixinə qədərki dövrdə maliyyə-təsərrüfat fəaliyyətininin təftişi zamanı bank çıxarışlarındakı məlumatların dəyişdirilərək saxtalaşdırılması, bank hesablarında olan vəsaitlərin, o cümlədən konsulluq əməliyyatları üzrə dövlət rüsumlarının təyinatından başqa hesablara köçürülməsi yolu ilə mənimsənilməsi halları müəyyənləşib.
Aşkar edilmiş maliyyə pozuntularının ciddiliyi nəzərə alınaraq təqsirkar vəzifəli şəxslər barəsində müvafiq tədbirlər görülməsi məqsədilə yoxlama materialı Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) təqdim edilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:17 / 13.09.2022
Maliyyə Nazirliyindən Azərbaycanın Almaniyadakı Səfirliyi ilə bağlı DTX-ya MÜRACİƏT
Hazırda oxunan: Maliyyə Nazirliyindən Azərbaycanın Almaniyadakı Səfirliyi ilə bağlı DTX-ya MÜRACİƏT
Hazırda oxunan: Maliyyə Nazirliyindən Azərbaycanın Almaniyadakı Səfirliyi ilə bağlı DTX-ya MÜRACİƏT
93601
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.