Müddətli müqavilə ilə MİQ imtahanının nəticələri AÇIQLANDI

Müddətli müqavilə ilə MİQ imtahanının nəticələri AÇIQLANDI

Hazırda oxunan: Müddətli müqavilə ilə MİQ imtahanının nəticələri AÇIQLANDI

93536

Sentyabrın 10-12-də keçirilən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimlərinin nəticələri elan olunub.

Bizim.Media xəbər verir ki, bu barədə İnsan Resursları Mərkəzindən məlumat verilib.

Vakansiya seçimlərində iştirak edən namizədlərdən 870 nəfər müddətli müqavilə ilə çalışmaq imkanı qazanıb.

Uğur qazanan namizədlər 14 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək.

Namizədlərdən sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tələb olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO