Gəncədə polis əməliyyat keçirdi – SAXLANILANLAR VAR - FOTO

Gəncədə polis əməliyyat keçirdi – SAXLANILANLAR VAR - FOTO

Hazırda oxunan: Gəncədə polis əməliyyat keçirdi – SAXLANILANLAR VAR - FOTO

93533

Gəncədə 12 kq “heroin” qanunsuz dövriyyədən çıxarılıb. 

Bizim.Media-nın yerli bürosu məlumat verir ki, Gəncə şəhər Baş polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb. 

Baş İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitəni satış məqsədli əldə edib saxlamaqda şübhəli bilinən Taciəddin Əliyev, Anar Cəfərov və Bəxtiyar Qasımov saxlanılıb. 
Belə ki, saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman Taciəddin Əliyevin əlindəki çantadan ümumi çəkisi 11 kq 539 qram narkotik maddə olan “heroin” aşkar edilib. 

Həmin şəxslər maddi sübutlar ilə birlikdə istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.  

Məqsəd Rəhimov Bizim.Media Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO