Ağalı kəndində nağdsız ödəniş imkanları genişləndirilib - FOTO 

Ağalı kəndində nağdsız ödəniş imkanları genişləndirilib - FOTO 

Hazırda oxunan: Ağalı kəndində nağdsız ödəniş imkanları genişləndirilib - FOTO 

93396

Azərbaycan Mərkəzi Bankının (AMB) təşəbbüsü ilə Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” konsepsiyasının ən mühüm komponentlərindən biri olan nağdsız ödəniş ekosisteminin formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilib.

Bank sektoru və beynəlxalq kart təşkilatlarının iştirakı ilə rəqəmsal ödəniş həllərinin tətbiqi kənd sakinlərinin maliyyə xidmətlərinə çıxış imkanlarını artırmaqla rahat, sürətli və təhlükəsiz ödənişlərin qəbuluna imkan yaradıb.

AMB-dən Bizim.Media-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində Ağalı kəndində fəaliyyət göstərən təsərrüfat subyektləri nağdsız ödənişlərin qəbulu üçün tələb olunan bütün zəruri vasitələrlə təmin olunub.

Alternativ ödəniş imkanlarının formalaşdırılması məqsədilə Ağalı kəndində ödəniş terminalları quraşdırılıb, bank hesabları və ödəniş kartlarına 24/7 rejimində mədaxil imkanı yaradılıb.

Eyni zamanda, ödəniş kartlarının əldə olunması üçün müraciət edən şəxslərə bank hesabları açılıb və ödəniş kartları təqdim olunub.

Azərbaycan Respublikası Mərkəzi Bankının təşəbbüsü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, “Kapital Bank” ASC və “Mastercard” beynəlxalq kart təşkilatının dəstəyi ilə Ağalı kənd orta məktəbinin şagirdləri üçün “Smart təhsil kartı” layihəsi uğurla icra olunub.

Layihə çərçivəsində həm məktəbli kartı, həm də nağdsız ödənişlərin həyata keçirilməsinin dəstəklənməsi funksionallıqlarını özündə birləşdirən smart təhsil kartları şagirdlərə təqdim edilib.

Ağalı kəndində yaradılmış nağdsız ödəniş infrastrukturundan istifadənin stimullaşdırılması məqsədilə “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Kapital Bank” ASC və “Mastercard” beynəlxalq kart təşkilatının dəstəyi ilə təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə xüsusi “cashback” layihələrinə start verilib.
Bununla yanaşı, əhalinin maliyyə savadlılığının artırılması məqsədilə bütün hədəf qruplarını əhatə edəcək maarifləndirici tədbirlər proqramı hazırlanıb.

Proqram çərçivəsində məktəblilər üçün nəzərdə tutulan vebinarlarda iştirakın stimullaşdırılması məqsədilə bütün məktəblilər planşetlərlə təmin olunub.

Qeyd edək ki, “ağıllı kənd” konsepti əsasında həyata keçirilən nağdsız ödəniş layihələrinin digər regionlarda da tətbiqi nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO