31 yaşlı Emili Ratakovski övladının atası ilə barışmayacağını deyib.
Bizim.Media xəbər verir ki, ötən cümə axşamı model dörd ildən çox davam edən, film prodüseri Sebastian Bir-MkKlard ilə olan evliliyini bitirmək məqsədilə Manhettenin Ali Məhkəməsinə müraciət edib.
Lakin cütlüyün sülh yolu ilə qısa zamanda ayrılma ehtimalı yoxdur. Belə ki, “Page Six” nəşrinin məlumatına görə, Sebastian artıq Ratakovskinin iddiasına etiraz edib.
Bu o deməkdir ki, cütlük uzun sürən məhkəmə prosesləri ilə üzləşəcək. Keçmiş sevgililərin razılaşa bilmədikləri məsələ məlum olmasa da, ilkin ehtimallara görə mübahisəyə səbəb cütlüyün birgə nikahdan olan bir yaşlı oğlu Silvestr Appolonun qəyyumluğu ilə bağlıdır.
Xatırladaq ki, rəsmi olaraq Emili Ratakovski və Sebastian Bir-MkKlard-ın ayrılması iddiları iyulun sonunda yayılıb. Ancaq cütlük arasında fikir ayrılığı ilə bağlı söz-söhbətlər ayın ortalarında, paparassilər modelin barmağında alyans görməyəndə ortaya çıxıb.
Sonra jurnalistlər modelin ərini xəyanətə görə tərk etdiyini iddia edib. Emili də sonradan dolayı yolla bu məlumatı təsdiqləyib. Avqustun ortalarında-ayrıldıqdan sonra Emili sosial şəbəkədə susqunluğunu pozaraq, bir yaşlı oğlu Silvestrin fotosunu paylaşıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
15:57 / 12.09.2022
İki aydır ərindən ayrı qalan Ratakovski boşanır
Hazırda oxunan: İki aydır ərindən ayrı qalan Ratakovski boşanır
Hazırda oxunan: İki aydır ərindən ayrı qalan Ratakovski boşanır
93391
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.