Tarix Muzeyi bazar günləri niyə işləmir? - Mədəniyyət Nazirliyi isə hələ tələsmir - ÖZƏL

Tarix Muzeyi bazar günləri niyə işləmir? - Mədəniyyət Nazirliyi isə hələ tələsmir - ÖZƏL

Hazırda oxunan: Tarix Muzeyi bazar günləri niyə işləmir? - Mədəniyyət Nazirliyi isə hələ tələsmir - ÖZƏL

93378

Hər bir millətin tarixi həm də onun gələcəyini təmin edir. “Keçmişinə daş atanı, gələcək topa tutar” deyiblər. Heç şübhəsiz ki, ölkənin tarixinin ən yaxşı daşıyıcıları onun gələcəyi olan uşaqlardır.

Ona görə də uşaqlarımızı hələ körpə yaşlarından tariximizlə əyani şəkildə tanış etməyə çalışmalıyıq. Atalar deyib ki, “yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”.

Bu işdə ən yaxşı vasitə isə muzeylərimiz, tarixi abidələrimizdir. Çünki burada tariximizin müxtəlif dövrlərinin vizual faktları qorunur. Onlarla təmas uşaqlarımızın milli kimliyinə, genetik koduna işləyən ən gözəl təsir vasitəsidir.

Həmin muzeylərdən biri də Azərbaycan Milli Azərbaycan Tarixi Muzeyidir.

1920-ci ildən bu günə kimi Milli Azərbaycan Tarixi Muzeyi xalqımıza yaxşı tanış olan Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin şəxsi mülkündə fəaliyyət göstərməkdədir.

Hacı Zeynalabdin Tağıyev küçəsi, 4 ünvanında fəaliyyət göstərən muzey yarandığı ilk dövrlərdə “Xalqlar Muzeyi” adlandırılıb. Sonradan isə “Azərbaycan Dövlət Muzeyi” olub. Bir neçə dəfə təmir-bərpa işləri aparılan mədəniyyət ocağı hazırda işlək vəziyyətdədir.
 

Bir neçə dəfə redaksiyamıza daxil olan müraciətlər əsasında öyrəndik ki, muzey bazar günləri qapılarını vətəndaşlarımızın və turistlərin üzünə bağlayır. 

Bakı şəhərində 6 günlük iş prinsipi ilə çalışan məktəblərdən birinin tarix müəlliminin dediyinə görə, o da ötən bazar günlərinin birində “Milli Azərbaycan Tarix Muzeyi”nə şagirdlərlə ekskursiya təşkil etməyə çalışsa da, bu mümkün olmayıb. Bununla bağlı muzeyə yönləndirdiyi müraciətlər də cavabsız qalıb.

Keçən bazar üzümüzü tutduq şanlı-şöhrətli Milli Azərbaycan Tarixi Muzeyinə. Yaxınlaşdıq, gözətçi bizə söylədi ki, bazar günü işləmirik, istirahət günümüzdür. 

Əslində, Azərbaycanda fəaliyyət göstərən bütün muzey və teatrlar adətən şənbə-bazar günləri daha ciddi fəaliyyətdə olurlar. Onların istirahət günü adətən həftənin birinci günü təyin edilib. Həftənin ilk iş günü elə Milli Azərbaycan Tarixi Muzeyi ilə əlaqə saxladıq.

Muzeydən Bizim.Media-ya bildirdilər ki, onlarda bazar günləri rəsmi olaraq iş günü sayılmır. Bunu da pandemiya ilə əlaqələndirdilər:

“Muzeydə əvvəllər bazar ertəsi istirahət günü olsa da, koronavirus pandemiyasından sonra muzey rəhbərliyi tərəfindən bazar günlərinə dəyişdirilib. Bunun nə qədər davam edəcəyini bilmirik”.
 

Belə bir özbaşınalığın səbəbini soruşmaq üçün üzümüzü Mədəniyyət Nazirliyinə tutduq. Nazirliyin mətbuat şöbəsininin cavabı isə belə oldu: 

“Milli Azərbaycan Tarixi Muzeyi uzun illər Milli Elmlər Akademiyasının nəzdində olub. Azərbaycan Prezidentinin 2022-ci il iyulun 28-də imzaladığı fərmana əsasən, AMEA ləğv olunub və sözügedən muzey Mədəniyyət Nazirliyinin tərkibinə daxil edilib. Hazırda təhvil-təslim işləri yekunlaşmadığı üçün Nazirlik muzeyin iş prinsipi ilə bağlı qərar verməyə tələsmir”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO