ABŞ-da Azərbaycandakı mina probleminə dair müzakirələr aparılacaq

ABŞ-da Azərbaycandakı mina probleminə dair müzakirələr aparılacaq

Hazırda oxunan: ABŞ-da Azərbaycandakı mina probleminə dair müzakirələr aparılacaq

93353

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovun başçılıq etdiyi nümayəndə heyəti ABŞ-a səfərə gedib.

Bu barədə Bizim.Media-ya ANAMA-dan məlumat verilib.

Bildirilib ki, nümayəndə heyətinə azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi və Xarici İşlər Nazirliyinin məsul şəxsləri daxildir.

Sentyabrın 16-də davam edəcək səfər çərçivəsində Azərbaycanda mövcud mina probleminin gündəmə gətirilməsi, azad edilmiş ərazilərin bərpası və bu ərazilərə həyatın qaytarılmasının əsas strateji hədəf olaraq önə çəkilməsi, bu sahədə mümkün dəstəyin göstərilməsi məqsədilə bir sıra önəmli qurumlarla mərhələli şəkildə görüşlər və dəyirmi masalar keçiriləcək.

Qeyd edək ki, ABŞ müvafiq beynəlxalq qurumlar vasitəsilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyəti dövründə müxtəlif layihələrin gerçəkləşməsində və müharibədən sonrakı dövr ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi istiqamətində bir sıra əhəmiyyətli layihələrə dəstək göstərib.
ABŞ dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə keçiriləcək görüşlər mina probleminin həllinə dair beynəlxalq səviyyədə səylərin birləşdirilməsi, regionda sabitlik, eləcə də davamlı sülhün təmini istiqamətində öz töhfəsini verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO