Xarkovda onlarla Rusiya əsgəri təslim oldu - FOTO

Xarkovda onlarla Rusiya əsgəri təslim oldu - FOTO

Hazırda oxunan: Xarkovda onlarla Rusiya əsgəri təslim oldu - FOTO

93347

“Ukrayna ordusu Xarkov vilayətində yaşayış məntəqələrini rusiyalı hərbçilərdən azad etməkdə davam edir. Ölməkdən qorxan rusiyalı əsgərlər kütləvi şəkildə Ukrayna Silahlı Qüvvələrinə təslim olurlar”.

Bizim.Media xəbər verir ki, bunu ukraynalı hərbi jurnalist Andrey Saplienko özünün  “Saplienko-Ukrayna döyüşür” adlı teleqram kanalında bildirib.

O, əsir düşmüş əsgərlərin fotolarını da paylaşaraq qeyd edib ki, döyüşlər nəticəsində ataman İvan Sirko adına 92-ci əlahiddə mexanikləşdirilmiş briqada hərbi əsirlərin mübadilə fonduna onlarla rusiyalı əsgər və zabit daxil edib.  
“Onlara statusları və mübadilə şansları izah olunur. Ukrayna ordusu nə qədər çox əsir götürsə, bir o qədər tez Rusiya düşərgələrində olan əsgərlərimiz evə qayıdacaqlar”, - jurnalist bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO