Zenfiradan qızı və ərinə doğum günü TƏBRİKİ:

Zenfiradan qızı və ərinə doğum günü TƏBRİKİ: "Hər ikinizi sevirəm" - VİDEO  

Hazırda oxunan: Zenfiradan qızı və ərinə doğum günü TƏBRİKİ: "Hər ikinizi sevirəm" - VİDEO  

93282

Müğənni Zenfira İbrahimova ailəsi ilə bağlı paylaşım edib.

Bizim.Media xəbər verir ki, 17 il əvvəl ilk dəfə qız anası olan sənətçi bu günün xatirələrini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

“12.09.2005-ci il. Analıq statusu aldığım o gün. Xoş gəldin həyatıma Dənizim. Ağrılı-acılı günlərim çox oldu. Sənə görə həyatda tutunmağı bacardım. Qızım, xoşbəxt ol.

Bu il bizə ikiqat sevinc bəxş etdin. Həm nənənə verdiyin sözü tutdun, həm də onun ruhunu şad etdin. Tələbəlik adın mübarək. Dünyanın xoşbəxt anasıyam ki, sənin kimi ağıllı, insansevər, az yaşın olmasına baxmayaraq öz hörmətini qoruyub saxlayan qızım var.

Doğum günün mübarək, cücəm. Bu tarixdə atan Anar Heydərov dünyaya göz açıb. Bu gün sən də ona atalıq statusu vermisən. Demək, sən də atanın ən böyük hədiyyəsisən. Hər ikinizi sevirəm. Allah sizi mənə çox görməsin”.
Qeyd edək ki, Zenfira İbrahimovanın Dəniz adlı qızından başqa İbrahim adlı oğlu da var.

Rəşad Əliyev, Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO