Ülviyyə ilk dəfə Muradla boşanma iddialarına CAVAB VERDİ - VİDEO

Ülviyyə ilk dəfə Muradla boşanma iddialarına CAVAB VERDİ - VİDEO

Hazırda oxunan: Ülviyyə ilk dəfə Muradla boşanma iddialarına CAVAB VERDİ - VİDEO

93260

Aktrisa Ülviyyə Xəlilbəyli həyat yoldaşı həmkarı Murad İsmayılla haqqında yayılan boşanma xəbərlərinə ilk dəfə reaksiya bildirib.

Bizim.Media xəbər verir ki, sosial şəbəkə hesabında izləyicilərinin suallarını cavablandıran aktrisa həyat yoldaşı ilə ayrılmadığını bildirib.

“Bu haqda heç vaxt danışmamışam, ilk və son dəfə açıqlama verəcəm. Hər ailədə problem, söz-söhbət və bunun nəticəsində yaranan soyuqluq olur. Ancaq mən boşanmamışam. Mən ailə quranda heç yerə və heç kimə car çəkməmişdim. Nə edə bilərəm ki, belə alınıb? Bu qədər ucuz reklama da (iddia edirlər ki, həyat yoldaşı ilə boşanması xəbərlərini reklama görə Ülviyyə özü yayıb - red.) getmərəm. Çünki qarşısınızda bir aslan (bürcünü nəzərdə tutur - red.) var"- deyə Ü. Xəlilbəyli bildirib.

Qeyd edək ki, Ülviyyə-Murad cütlüyünün Fuad və Rəsul adlı iki oğlan övladı var.

Rəşad Əliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO