"Nant" Bakıya səfər öncəsi məğlub oldu

Hazırda oxunan: "Nant" Bakıya səfər öncəsi məğlub oldu

93242

"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən olan "Nant" komandası Fransa Liqa 1-də VII turun görüşünə çıxıb.

Bizim.Media xəbər verir ki, Antuan Kombuarenin baş məşqçi olduğu kollektiv "Loryan"ın qonağı olub.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.

Hesabı 13-cü dəqiqədə qonaq komandadan İqnatius Qanaqo açıb. 19-cu dəqiqədə Uattara Danqo bərabərlik qolunu vurub. 60-cı dəqiqədə Yoann Katlin "Loryan"ın ikinci, 74-cü dəqiqədə İbrahima Kone üçüncü qolunu vurub. 85-ci dəqiqədə Mozes Simon fərqi azaltsa da, "Nant"ın bundan artığına gücü çatmayıb.

Bu nəticədən sonra xalını 16-ya çatdıran "Loryan" 4-cü pillədə qərarlaşıb. "Nant" isə 6 xalla 15-cidir.

Qeyd edək ki, "Qarabağ" "Nant"la sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcək.

Görüş saat 20:45-də başlanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO