İbtidai sinif müəllimlərinin sertifikasiya imtahanında 60 bal toplayan qusarlı müəllimlər ötən gün Elm və təhsil Nazirliyinin İnsan Resursları Mərkəzində keçirilən tədbirə qatılıblar. İmtahanın müsahibə bölümündən keçən müəllimlərə sertifikat təqdim edilib.
Qusar şəhər Bəhruz Ağaverdiyev adına 1 saylı tam orta məktəbin müəllimi Samirə Məmmədova Bizim.Media-ya açıqlamasında bildirib ki, sertifikatı müəllimlərə Elm və təhsil naziri Emin Əmrullayev təqdim edib.
Xatırladaq ki, 60 bal toplayan qusarlı müəllimlər Bizim.Media vasitəsi ilə Elm və təhsil nazirindən işlədikləri məktəblərə tədrisin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə elektron lövhə verilməsini xahiş etmişdilər.
Qeyd edək ki, sertifikasiya imtahanında respublika üzrə 26 müəllim 60 bal toplayıb ki, onlardan ikisi Qusar rayonundandır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
![Qusarda 60 bal toplayan müəllimlərə sertifikat verilib - FOTO Qusarda 60 bal toplayan müəllimlərə sertifikat verilib - FOTO](https://bizim.media/file/articles/2022/09/10/1662787192_1.jpg)
- A-
- A
- A+
Cəmiyyət
09:20 / 10.09.2022
Qusarda 60 bal toplayan müəllimlərə sertifikat verilib - FOTO
Hazırda oxunan: Qusarda 60 bal toplayan müəllimlərə sertifikat verilib - FOTO
Hazırda oxunan: Qusarda 60 bal toplayan müəllimlərə sertifikat verilib - FOTO
93051
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.