Pik saatlarda eskalatorların biri niyə İŞƏ SALINMIR? – “Bakı Metropoliteni”ndən absurd CAVAB

Pik saatlarda eskalatorların biri niyə İŞƏ SALINMIR? – “Bakı Metropoliteni”ndən absurd CAVAB

Hazırda oxunan: Pik saatlarda eskalatorların biri niyə İŞƏ SALINMIR? – “Bakı Metropoliteni”ndən absurd CAVAB

92942

Ən çox sıxlıq yaşanan metrostansiyalardan biri də “28 may” metrosudur. 

Günün pik saatlarında sözügedən metrostansiyada vəziyyət acınacaqlı olur. Çıxış və giriş üçün 4 eskalator olsa da, bunlardan hər istiqamət üzrə yalnız biri işləyir.

Eskalatora daxil olmaq üçün hər gün platformada yaranan uzun növbə və sıxlıq sərnişinlərin narazılığına səbəb olur. Bəzən bu hala görə platformada sərnişinlərlə metro nəzarətçiləri və polisləri arasında mübahisələr də yaranır. 
Qeyd edək ki, bənzər problem hər gün qoşa eskalator olan bir çox metrostansiyada yaşanır.

Problemlə bağlı Bizim.Media-ya danışan “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun sözlərinə görə eskalatorların biri hər zaman ehtiyat olaraq saxlanılır:

“Eskalatorların hamısı bütün gün fasiləsiz işləyə bilməz. Çünki onların qulluğu, texniki baxışı və təmiri məsələləri var. Davamlı işləyən və ya hər hansı hadisə baş verən zaman eskalator dayansa, onda necə olacaq?

“28 may” metrostansiyasında 4 zolaqlı eskalator fəaliyyət göstərir. Deyək ki, iki eskalator üzüaşağı açıqdır və gələn bütün sərnişinlər platformaya düşür.

Platformada sıxlıq yaranarsa, artıq bu, təhlükə mənbəyidir. Tənzimlənmiş mexanizm var. Xüsusən gur saatlarda platforma və yuxarı vestübil səviyyəsi nəzarətdə saxlanılmaqla tənzimlənmə mexanimləri tətbiq olunur.

Qrafikdən fərqli olaraq iki eskalatorun aşağı qoşulmasına artıq şərait varsa, hər ikisi işlədilir. Əks halda bir eskalator işlədilir ki, platformada sıxlıq yaranmasın və ya hər hansı faciə baş verməsin. Bu məqsədlə olunur. Yoxsa Metropolitenin insanlara əzab vermək kimi addımı yoxdur”.
Qurum rəsmisi əlavə edib ki, adi axın olduğu müddətdə də eskalatorların iş rejiminə xüsusi nəzarət yetirilir. Belə ki, adi saatlarda da zərurət olduğu halda ikinci eskalator mütləq qaydada işə salınır.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO