Beynəlxalq səyyahlar Füzulidə məscidi ziyarət ediblər.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, tur rəhbəri Araz İmanov səyyahlara Merdinli kəndindəki dağıntılar barədə məlumat verib. O, qeyd edib ki, işğal müddətində azərbaycanlıların qəbirləri və məscidləri dağıdılıb.
Daha sonra səyyahlar Füzuli şəhərinin mərkəzində olublar.Qonaqlara şəhərin işğal zamanı dağıdılmış binaları göstərilib. Bildirilib ki, on minlərlə azərbaycanlı erməni işğalı zamanı məcburi köçkün düşüb.
Tur rəhbəri Araz İmanov qonaqlara dağıdılmış mərkəzin qarşı tərəfində yeni şəhər mərkəzinin əsası qoyulduğu tikinti ərazisini də göstərib.
Xatırladaq ki, dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veleyin başçılıq etdiyi nümayəndə heyəti Füzulidən öncə Ağdam və Şuşa şəhərində də olublar.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:17 / 09.09.2022
Beynəlxalq səyyahlar Füzulidə - FOTO
Hazırda oxunan: Beynəlxalq səyyahlar Füzulidə - FOTO
Hazırda oxunan: Beynəlxalq səyyahlar Füzulidə - FOTO
92885
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.